UEFA Konfrans Liqasının qrup mərhələsinin I turunda keçirilmiş "Qarabağ" - "Bazel" (İsveçrə) matçından sonra maraqlı hadisə baş verib.
Ağdam təmsilçisinin baş məşqçi Qurban Qurbanov mətbuat konfransı zamanı masanın üzərində turnirin sponsorlarından olan pivə şirkətinə məxsus butulkasının yer almasını istəməyib.
Rəqib baş məşqçi Patrik Rahmenin mətbuat konfransında isə pivə şüşələri masaya qaytarılıb.
Qeyd edək ki, qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb.///report