Argentina yığmasının hücumçusu Lionel Messi 2022-ci il dünya çempionatının seçmə mərhələsində Boliviya ilə oyunda het-trik edib və əfsanəvi braziliyalı futbolçu Pelenin rekordunu qırıb.
Bununla da 34 yaşlı futbolçu Cənubi Amerika milliləri arasında öz komandasında ən çox qol vuran futbolçu olub.
Hazırda L.Messinin hesabında Argentina yığmasının heyətində 78 qol var.
Məşhur braziliyalı futbolçu Pelenin isə hesabında 77 qol var. Lakin o bunu 91 görüşdə edib. Messi isə rekordu yeniləmək üçün 153 oyun keçirməli olub.///oxu.az