Uels yığması Belarusla oyunu yarımçıq tərk edə bilər

16:16 - 4 Sentyabr 2021 - İDMAN

Uels yığması qarşıdakı oyunlarda irqçi şüarlara məruz qalarsa, meydanı yarımçıq tərk edəcək.

Apasport.az saytının məlumatına görə, bunu yığmanın kapitanı Qaret Beyl açıqlayıb.

İngiltərə millisinin üzvləri Jüd Bellingem və Rahim Sterlinqə qarşı irqçiliyə yol verilməsini qınayan Beyl bu halla üzləşmək istəmədiklərini bildirib: “Əgər futbolçularımızdan hər hansı birinə qarşı analoji addım atılarsa və o, meydanda qalmaq istəməsə, bütün komanda şəklində matçı yarımçıq tərk etmək qərarını dəstəkləyəcəyəm. Əlbəttə, seçmə mərhələ oyunları vacibdir. Ancaq bu məsələ hər şeydən üstündür”.

Qeyd edək ki, Uels yığması DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində sabah Belarusun qonağı olacaq.

Xəbər xətti