"Formula 1" üzrə dünya çempionatında çıxış edən "Alfa Romeo" komandasının pilotu Kimi Raykkonen koronavirusa yoluxub.
"Report" yarışın rəsmi saytına istinadən xəbər verir ki, 41 yaşlı sürücü bu səbəbdən Niderland Qran-prisində iştirak etməyəcək.
Onu Robert Kubitsa əvəzləyəcək.
Qeyd edək ki, Niderland Qran-prisi sentyabrın 5-də keçiriləcək. Kimi Raykkonen daha əvvəl mövsümün sonunda karyerasını başa vuracağını açıqlayıb.