Portuqaliya millisinin və İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Kriştiano Ronaldo Ginnesin rekordları kitabına düşüb.
Apasport.az saytının məlumatına görə, bunu 36 yaşlı hücumçunun özü açıqlayıb.
Ronaldo bununla bağlı müvafiq sertifikat aldığını instaqram səhifəsində paylaşıb: “Ginnesin rekordları kitabına təşəkkür edirəm. Dünya rekordçusu hesab olunmaq həmişə xoşdur. Gəlin daha yüksək göstəriciyə nail olmağa cəhd edək”.
Kriştiano yığmada ən çox qol vuran futbolçu adını qazandığı üçün kitaba daxil edilib. O, DÇ-2022-nin seçmə mərhələsinin İrlandiya ilə matçında vurduğu iki topla qol sayını 111-ə çatdırıb və iranli Əli Daeini arxada qoyub.