Transfer dövrünə aktiv şəkildə başlayan “Beşiktaş” daha ulduzu sıralarına qatıb.
APA “Haber Global”a istinadən xəbər verir ki, “ağ-qaralar” “Barselona”nın ötən mövsüm 60 milyon avroya heyətinə qatdığı Bosniya-Herseqovina millisinin yarımmüdafiəçisi Miralem Pyaniçi 1 il müddətinə icarəyə götürüb.
Kataloniya komandası və Pyaniçlə razılığa gələn “Beşiktaş” bosniyalı ulduzu Türkiyəyə gətirir. Ulduz futbolşu Bakı vaxtı ilə saat 23:30-da İstanbula gələcək.
“Ağ-qara”ların “Barselona”da ilə 8 milyon avro qazanan Pyaniç üçün bonuslarla birlikdə təxminən 3 milyon avro maaş verəcəyi gözlənilir. 5 milyon avroluq fərq Kataloniya komandası tərəfindən qarşılanacaq.
Pyaniç “Barselona” formasında ilə ilk mövsümdə 30 rəsmi matç keçirib.