“Qalatasaray”ın sabiq prezidenti reanimasiyaya yerləşdirilib

15:44 - 2 Sentyabr 2021 - İDMAN

Türkiyənin “Qalatasaray” klubunun sabiq prezidenti Mustafa Çengiz xəstəxanaya yerləşdirilib.

Uzun müddətdir müalicə olunan 72 yaşlı sabiq klub rəhbərinin durumu ağırlaşıb.

“Maslak Acıbadem Hastanesi”də reanimasiyaya yerləşdirilən Çengizin durumuna yaxın 72 saatda aydınlıq gələcək. Onun sağlamlığı üçün bu üç sutka çox önəmlidir.

Qeyd edək ki, o, 2018-21-ci illərdə İstanbul klubunun prezidenti olub.///apasport.az

 

Xəbər xətti