2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının seçmə mərhələsinin V turunun İrlandiya – Azərbaycan oyununun hakimləri açıqlanıb.
Ucnoqta.az xəbər verir ki, sentyabrın 4-də keçiriləcək matçı fransalı ədalət təmsilçiləri idarə edəcək.
Dublinin “Aviva” stadionundakı qarşılaşmada baş hakim Jerom Brisar olacaq. Ona Benjamen Peyc və Finjin Ervan Kristof yardım edəcək. Mikael Lesaj dördüncü hakim funksiyasını yerinə yetirəcək.
2019-cu ildə İstanbulda “Liverpul” və “Çelsi” arasındakı UEFA Superkuboku matçını idarə etmiş qadın referi Stefani Frapar VAR hakimi olacaq. Onun köməkçisi kimi qarşılaşmaya Mikael Berşebru təyinat alıb.///oxu.az