"Erkən qol vurmağımızın da səbəbi vardı" - Lüksemburq millisinin baş məşqçisi

10:23 - 2 Sentyabr 2021 - İDMAN

“İlk hissədə oyuna daha çox nəzarət edən tərəf biz idik. Əlbəttə, bunda erkən qol vurmağımızın da səbəbi vardı".

Bu sözləri Lüksemburq millisinin baş məşqçisi Luk Holtz DÇ-2022-nin seçmə mərhələsində yığmamıza qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.

O, 2:1 hesablı qələbəni belə şərh edib: "Komandamın oyununda razı qaldım. İkinci hissədə rəqibin daha çox üzərimizə gələcəyini gözləyirdik. Elə də oldu. Cərimə zərbəsindən baxımlı qol vuraraq hesab arasındakı fərqi azaltdılar. Xüsusən, oyunun sonları bizim üçün asan keçmədi. Üç oyundan 6 xal toplamışıq. Təbii ki, bu nəticə məni olduqca qane edir”.///qol.az

Xəbər xətti