İdmançımız koronavirus səbəbindən Paralimpiya Oyunlarından kənarlaşdırıldı

19:56 - 30 Avqust 2021 - İDMAN

Azərbaycanı Paralimpiya Oyunlarında təmsil etməli olan taekvondoçu Aynur Məmmədova koronavirusa yoluxub.

Ucnoqta.az xəbər verir ki, oxu.az-ın əldə etdiyi məlumata görə, bu səbəbdən dünya çempionumuz Paralimpiya Oyunlarında sentyabrın 4-də tatamiyə çıxa bilməyəcək.

Qeyd edək ki, daha əvvəl cüdoçumuz Ramil Qasımovun koronavirus testi pozitiv çıxdığından, güləşə bilməmişdi.

Xəbər xətti