İlham Zəkiyev bürünc medalı qazandı

13:17 - 29 Avqust 2021 - İDMAN

Azərbaycan Tokio-2020 Yay Paralimpiya Oyunlarda daha bir medal qazanıb.

Paracüdo üzrə yığmamızın lideri İlham Zəkiyev (+100 kq) Paralimpiadada 3-cü yeri tutub.
Buna həmyerlimizin rəqibi olan Şirin Şaripovun (Özbəkistan) bürünc medal uğrunda görüşə çıxmayacağı səbəb olub. Nəticədə Azərbaycan yığması Tokioda 11-ci medalını qazanıb. Komandamızın hesabında 8 qızıl, 3 bürünc mükafat var.

Bu, Zəkiyevin karyerasında 4-cü Paralimpiada medalı olub. Millimizin lideri Afina-2004 və Pekin-2008-də qızıl, London-2012 və Tokio-2020-də bürünc mükafat qazanıb.

Qeyd edək ki, 1/4 finalda Cənubi Koreya təmsilçisi Van-Gen Çoiyə uduzan Zəkiyev təsəlliverici qarşılaşmada yamaykalı Teador Subbaya qalib gələrək bürünc medal uğrunda görüşdə iştirak hüququ qazanıb.

Xəbər xətti