Ronaldunun Bakıya gələcəyi dəqiqləşdi

18:56 - 26 Avqust 2021 - İDMAN

Futbol üzrə Portuqaliya yığmasının 2022-ci il dünya çempionatının seçmə mərhələsində İrlandiya və Azərbaycanla oyunlarına və Qətərlə yoldaşlıq matçına heyəti bəlli olub.

Ucnoqta.az Oxu.az-a istinadən xəbər verir ki, baş məşqçi Fernandu Santos siyahıya 25 oyunçu daxil edib.

Onların arasında İtaliyanın “Yuventus” klubundan ayrılması müzakirə məsələsi olan Kriştianu Ronaldu da var.


Qapıçılar: Antoni Lopes (“Lion”, Fransa), Ruy Patrisiu (“Roma”, İtaliya), Dioqu Koşta (“Portu”);

Müdafiəçilər: Juau Kanselu, Ruben Dias (hər ikisi “Mançester Siti”, İngiltərə), Rikardu Pereyra (“Lester”, İngiltərə), Qonsalu İnasiu, Nunu Mendes (hər ikisi “Sportinq”), Dominqus Duarte (“Qranada”, İspaniya), Pepe (“Portu”), Rafael Qereyru (“Borusiya” Dortmund, Almaniya);

Yarımmüdafiəçilər: Danilu Pereyra (PSJ, Fransa), Juau Palinya (“Sportinq”), Ruben Neves, Juau Moutinyu (hər ikisi “Vulverhempton”, İngiltərə), Brunu Fernandes (“Mançester Yunayted”, İngiltərə), Juau Mariu (“Benfika”), Otaviu Menteyru (“Portu”), Bernardu Silva (“Mançester Siti”, İngiltərə);

Hücumçular: Andre Silva (“Leypsiq”, Almaniya), Kriştianu Ronaldu (“Yuventus”, İtaliya), Dioqu Jota (“Liverpul”, İngiltərə), Qonsalu Qedes (“Valensiya”, İspaniya), Pedru Qonsalves (“Sportinq”), Rafa Silva (“Benfika”).

Qeyd edək ki, sentyabrın 7-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Portuqaliya görüşü saat 20:00-da başlayacaq.

 

Xəbər xətti