Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatında sonuncu oyununu keçirib.
Vüqar Əliyevin baş məşqçi olduğu kollektiv A qrupundakı beşinci sınağında Fransa yığması ilə qarşılaşıb.
Görüş rəqibin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Avropa çempionatı
A qrupu
Azərbaycan - Fransa - 1:3 (19:25, 28:26, 11:25, 18:25)
Qeyd edək ki, Azərbaycan millisi A qrupundakı ilk dörd oyununda Belçika, Bosniya və Herseqovina, Rusiya və Serbiya seçmələrinə müvafiq olaraq 0:3 hesabı ilə uduzub. Xalı olmayan yığma qrupu sonuncu - 6-cı pillədə başa vurub.///report