Çexiyanın II divizionunda "Lişen" və "Zbroyovka" komandaları arasında keçirilən oyunda maraqlı hadisə baş verib.
İkinci hissədə meydana daxil olan azarkeşlərdən biri təhlükəsizlik xidmətinin əməkdaşını vurub.
Bu zaman meydan sahiblərinin futbolçusu Yan Silnı fanatı sakitləşdirməyə çalışarkən, başından yumruq zərbəsi alıb. Epizodun təkrarını izləyən baş hakim 26 yaşlı hücumçuya birbaşa qırmızı vərəqə göstərərək, onu meydandan qovub. Referinin bu addımı narazılıqla qarşılansa da, o, qərarını dəyişməyib.
Qeyd edək ki, görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.