"İnter Mayami" klubunun sahibi Devid Bekhem PSJ-nin ulduzu Leo Messi ilə danışıqlar aparır.
Offsideplus.az "Daily Mirror"a istinadən xəbər verir ki, Bekhem 34 yaşlı hücumçunun karyerasını "İnter Mayami"də bitirməsini istəyir. Bu danışıqlar Messinin Mayamidə 8 milyon dollarlıq villa aldığı zaman başlayıb.
Kriştiano Ronaldonu da komandaya gətirməyi planlaşdıran Bekhem, Messini heyətində görmək istəyir.
Qeyd edək ki, Leo Messi PSJ ilə 2+1 illik müqavilə bağlayıb.