Futbolçular arasında kütləvi dava olub, 34 nəfər saxlanılıb

13:10 - 17 Avqust 2021 - İDMAN

Rusiyanın paytaxtı Moskvada keçirilən mini-turnir zamanı futbolçular arasında kütləvi dava düşüb.

İnsidentə oyunçulardan birinin rəqibə qarşı kobud oyunu səbəb olub.

Davanın böyüdüyünü görən naməlum şəxs dərhal hüquq-mühafizə orqanlarına zəng vurub. Hadisə yerinə gələn polislər 34 nəfəri saxlayaraq, bölməyə aparıblar.

Nəticədə turnir yarımçıq dayandırılıb. Yarışın ən yaxşısı polisə zəng vuran şəxs seçilib.///report

Xəbər xətti