“Neftçi” Azərbaycan millisinin futbolçusu Namik Ələskərovun Türkiyə təmsilçisi “Bursaspor”a keçməsi ilə bağlı şikayət edəcək.
Ucnoqta.az-ın Bakı klubunun feysbuk səhifəsinə istinadən məlumatına görə, paytaxt təmsilçisi futbolçunun “ağ-qaralar”la müqaviləyə birtərəfli şəkildə xitam verməsini əsassız hesab edir.
Bu üzdən də “Neftçi” futbolçusu və onunla müqavilə imzalayan Türkiyə klubuna qarşı gecikmədən hüquqi proseslərin başlanmasını lazım bilib. Bu məqsədlə vəkillərə müvafiq tapşırıq verilib.
Qeyd edək ki, Namik bu gün Türkiyənin aşağı liqa təmsilçisi “Bursaspor”la rəsmi müqaviləyə imza atıb.