Əliyar Ağayev Konfrans Liqasının oyununa təyinat alıb

10:09 - 9 Avqust 2021 - İDMAN

Azərbaycanlı FIFA referisi Əliyar Ağayev UEFA-dan təyinat alıb.

O, Lüksemburqun "Fola Eş" və Şimali İrlandiyanın "Linfild" komandaları arasında UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununu idarə edəcək.

Ağayevə yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli yardımçı olacaq. Dördüncü hakim funksiyasını isə Elçin Məsiyev yerinə yetirəcək.

Qeyd edək ki, avqustun 12-də keçiriləcək "Fola Eş" - "Linfild" qarşılaşması Bakı vaxtı ilə 21:30-da başlayacaq. İlk oyunda Lüksemburq təmsilçisi qələbə qazanıb - 2:1.///report

Xəbər xətti