"Barselona"nın müdafiəçisi Jerar Pike komandadan ayrılan Lionel Messiyə duyğusal sözlər ünvanlayıb:
Ucnoqta.az Fanat.az-a istinadən xəbər verir ki, Pike şəxsi "Twitter" hesabında belə yazıb:
"Daha heç nə əvvəlki kimi olmayacaq. Nə "Kamp Nou", nə Barselona şəhəri, nə də biz. İyirmi ildən artıq daşıdığın forma ilə vidalaşırsan. Reallıq bəzən çox acımasızdır...
Biz 2000-ci ildə tanış olmuşuq. 13 yaşımız var idi...
Həmin vaxt bizi necə karyera gözlədiyi ağlıma da gəlməzdi. Bundan daha yaxşısını arzulaya bilməzdim.
"Barselona"ya qayıdandan sonra keçirdiyim ilk mövsümü trebllə tamamladıq. Sən bütün dönəmlərin ən yaxşı oyunçusu olmuşdun. Rosariodan Romaya qədər hamı sənin xüsusi bacarığına heyran qalmışdı. Əfsanə orada başlamışdı...
İndi gedirsən, amma bilirəm ki, bir gün qayıdacaqsan. Hələ başa çatmayan işlər var... Əylən, zövq al, qələbə qazanmağa davam et. Sən bunu hamıdan yaxşı bacarırsan. Sənin üçün darıxacağıq. Səni çox sevirəm, Leo".