Bu yay “Mançester Siti” ilə müqaviləsi bitdikdən sonra “Barselona”ya keçən hücumçu Serxio Aquero Messinin gedişindən sonra klubu tərk etmək fikrinə düşüb.
Bu barədə “Beteve” kanalının “La Porteria” verilişində xəbər verilir.
Aqueronın ona Messi ilə birlikdə oynamağı söz vermiş “Barselona”ya qəzəbləndiyi bildirilir. Hücumçu komandada onun perspektivlərinin heç də ürəkaçan olmadığını düşünür.///oxu.az