İspaniyanın “Barselona” komandası ilə yollarını ayıran Argentina millisinin futbolçusu Lionel Messi Fransanın “Pari Sen-Jermen” klubu ilə saziş imzalayacaq.
Bu barədə Fransa mediası məlumat yayıb.
Məlumata görə, argentinalı hücumçu yeni klubla 3 illik saziş imzalayacaq və illik 40 milyon avro qazanacaq.
Messinin təmsilciləri və PSJ klubunun rəsmiləri bazar günü bir araya gələrək, transferi rəsmiləşdirəcəklər.
Qeyd edək ki, Argentina millisinin futbolçusu "Barselona ilə yollarını ayırıb. Klub İspaniya çempionatının maliyyə qaydalarına görə 34 yaşlı futbolçu ilə yeni müqavilə bağlaya bilməyib.///report