Azərbaycan bu gün Tokio Yay Olimpiya Oyunlarında ilk gümüş medalnı qazanıb.
Ucnoqta.az xəbər verir ki, karateçimiz Rafael Ağayev 75 kq çəki üzrə yarışlarda ikinci yeri tutub. Bu, hazırda davam edən olimpiadada ölkəmizin ilk gümüş medalı olub.
Qeyd edək ki, sərbəst güləş yarışlarında Hacı Əliyevin də finala çıxıb və o da ən azı gümüş medalı təmin edib. Bu günün nəticələrindən sonra Azərbaycan sıralamada 8 pillə irəliləyib. Hazırda Azərbaycan medal sıralamasında 4 medalla (1 gümüş, 3 bürünc) eyni nəticəyə malik Monqolustanla birgə 69-cu yeri tutur. Sabah Hacı Əliyevin çıxacağı final görüşündən sonra ölkəmizin bir qədər də irəliləyəcəyi gözlənilir.
Qeyd edək ki, sıralamaya Çin liderlik edir. Onları ABŞ təqib edir.///publika.az