Azərbaycan UEFA reytinqində geriləyib

07:24 - 6 Avqust 2021 - İDMAN

Avrokubokların III təsnifat mərhələsinin ilk oyunlarından sonra UEFA reytinqi açıqlanıb. Ucnoqta.az xəbər verir ki, Azərbaycan 13,875 xalla bir pillə geriləyərək 30-cu sıraya düşüb. 29-cu yerə yüksələn Polşa xallarının sayını 14,000-ə çatdırıb. Slovakiya (13,625) isə reytinqdə 31-cidir. "Qarabağ"ın Konfrans Liqasının III təsnifat mərhələsinin ilk matçında Kiprdə AEL-lə 1:1 hesablı heç-heçə etməsi ölkənin aktivinə daha 0,125 xal qazandırıb. İndiyədək ölkə təmsilçilərindən "Neftçi" 0,650 xal, "Qarabağ" 0,475 xal, "Sumqayıt" isə 0,125 xal əldə edib. Bununla da cari mövsüm Azərbaycanın qazancı 1.250 xala bərabərdir. Bunlardan yalnız "gənclik şəhəri" təmsilçisi mübarizəni dayandırıb. Konfrans Liqasının II təsnifat mərhələsində Rusiya "Soçi"sinə hər iki görüşdə uduzan (0:3, 2:4) "Keşlə" reytinq xalı qazana bilməyib. Siyahıya 87,926 xalla İngiltərə başçılıq edir. İspaniya (80,570) ikinci, İtaliya (63, 473) üçüncüdür.

Xəbər xətti