"Bakıda mərhələni keçməyə çalışacağıq" - Qurban Qurbanov

23:50 - 5 Avqust 2021 - İDMAN

"Səfər qolu əvvəl üstünlük idi. Amma indi belə deyil".

Bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Kiprdə AEL-lə 1:1 hesablı heç-heçə etdikləri Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis bərabərliyin pis nəticə olmadığını bildirib: "Hər iki komanda üçün vəziyyət eynidir. Biz Bakıdakı oyunda mərhələni keçməyi düşünəcəyik. Qol vurmaq və qol buraxmamaq üçün çalışacağıq".

Qeyd edək ki, komandalar arasındakı cavab oyunu avqustun 12-də Bakıda olacaq.///report

Xəbər xətti