Argentina millisinin futbolçusu Lionel Messi İspaniya "Barselona"sı ilə yollarını ayırıb.
Ucnoqta.az xəbər verir ki, katalon klubunun prezidenti Joan Laporta ilə görüşdən sonra argentinalı forvard "Barsa" ilə yeni müqavilə imzalamaq niyyətində olmadığını deyib.
Qeyd edək ki, Messinin "Barselona" ilə müqaviləsinin müddəti iyunun sonunda başa çatıb.
Lionel Messi peşəkar karyerası boyunca "Barselona"nın heyətində çıxış edib.