DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələ oyunlarında bu ilin sentyabrından VAR (video-köməkçi hakim) sistemi tətbiq olunacaq.
Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, bu barədə UEFA İcraiyyə Komitəsi qərar qəbul edib.
Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələdə sentyabrın 7-də Bakıda Portuqaliya ilə qarşılaşacaq.