Hacıqabulda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Ucnoqta.az Apa-ya istinadən xəbər verir ki, hadisə Hacıqabul şəhərinin mərkəzi küçəsində baş verib. "VAZ 2106" markalı avtomobillə "Hyundai" markalı avtomobilin toqquşması nəticəsində 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb. Yaralılar Şirvan xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.