Ucnoqta.az
www.ucnoqta.az

Hacıqabulda ağır qəza - <font color=red><b>1 nəfər ölüb, 5 nəfər xəsarət alıb - Foto</b></font>

16:16 - 30 İyul 2021 tarixində dərc olunub.

Hacıqabulda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Ucnoqta.az Apa-ya istinadən xəbər verir ki, hadisə Hacıqabul şəhərinin mərkəzi küçəsində baş verib. "VAZ 2106" markalı avtomobillə "Hyundai" markalı avtomobilin toqquşması nəticəsində 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb. Yaralılar Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: