Azərbaycanda müğənni 5 min manat cərimələndi - VİDEO

15:29 - 21 İyun 2021 - Xəbər

Sumqayıtda müğənni Niyam Salami 5000 manat cərimələnib.

Sumqayıt şəhər Polis İdarəsinə daxil olmuş məlumata görə, Sumqayıt şəhəri 36-cı məhəllə, 20 Yanvar küçəsi ilə Heydər Əliyev prospektinin kəsişməsində yerləşən “Salam-İ” restoranında toy şənlikləri olub.

Məlumat yoxlanılan zaman fakt öz təsdiqini tapıb, obyektin icarədarı Niyaməddin Səfərov (Niyam Salami) İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 5000 manat, administrator Orxan Nadirov isə 200 manat məbləğində cərimələnib.


​///apa

Xəbər xətti