Vergi daxilolmaları üzrə proqnoz 127,1% icra edilib - Nazir

12:55 - 21 İyun 2021 - İQTİSADİYYAT

İqtisadi inkişafa stimul yaradan mütərəqqi vergi sisteminin tətbiqi müsbət nəticələr verir.

Ucnoqta.az xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter" hesabında qeyd edib.

Nazir bildirib ki, bu ilin yanvar-may aylarında dövlət büdcəsinə vergi daxilolmaları 3,8 mlrd. manatdan çox olub. Daxilolmalar üzrə proqnoz 127,1% icra edilib.

Xəbər xətti