Paşinyanın partiyası liderdir - Elektron səsvermənin nəticəsi AÇIQLANIB

22:51 - 20 İyun 2021 - Xəbər

Ermənistan Baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın “Vətəndaş sazişi” partiyası parlament seçkilərində elektron səsvermə nəticələrinə görə liderlik edir.

Ucnoqta.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının məlumatına görə, elektron səsvermədə siyahıya daxil olan 650 nəfərdən 500 nəfər iştirak edib.

163 nəfər Nikol Paşinyanın “Vətəndaş sazişi” partiyasına, keçmiş prezident Robert Köçəryanın "Ermənistan" blokuna isə 135 səs verilib.

Ermənistanda 64 seçki məntəqəsindən əldə edilən ilkin nəticələr belədir: Paşinyan - 62.7%, Koçaryan - 17%, digərləri 4.9% və 3.8%.

Xəbər xətti