Bərbər və gözəllik salonlarının fəaliyyətində dəyişiklik edildi - QAYDALAR

19:38 - 16 İyun 2021 - Cəmiyyət

Bərbər və gözəllik salonlarında onlayn növbə qəbul sistemi tətbiq edilməlidir.

Ucnoqta.az xəbər verir ki, bu, "Müxtəlif ticarət və xidmət sahələrində, ofislərdə koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair metodiki göstərişlər"də əksini tapıb.

Qaydalar aşağıdakılardır:

Onlayn növbə qəbul sisteminin tətbiqi;

Əllərin yuyulması: İş proseslərindən əvvəl və sonra əllər mütləq yuyulmalıdır;

İş önlüyü: Bərbərlər və onlarla birgə çalışan şəxslər müvafiq formalar geyinməlidir;

Müştəri önlüyü: Xidmət zamanı hər müştəri üçün ayrı önlük istifadə
olunmalıdır;

Əməkdaşların və müştərilərin tibbi maskadan istifadəsi məcburidir;

Kosmetoloji xidmətlər zamanı xidmət göstərənin sipərik, tibbi maska və
əlcəkdən istifadəsi məcburidir;

Dəsmalların istifadəsi: Hər bir müştəri üçün ayrı dəsmallar istifadə olunmalıdır;

Qayçı, ülgüc, təraş maşınlarının başlıqları və istifadə edilən digər alətlər mütləq
dezinfeksiya edilməlidir;

Ülgüc, epilyasiya iynə ucları kimi deşici və kəsici alətlər tibbi tullantı qutusuna atılmalı və tibbi tullantı kimi ləğv edilməlidir;

Qayçılar və ülgüc başlıqları yuyulduqdan sonra spirtlə təmizlənməlidir.

Xəbər xətti