Türkiyəli aktyor Oktay Kaynarcanın narkotik testlərinin nəticələri açıqlanıb.
Ucnoqta.az xəbər verir ki, məşhurları hədəf alan istintaq çərçivəsində saxlanılan və daha sonra məhkəmə nəzarəti altında sərbəst buraxılan Oktay Kaynarcanın narkotik testi mənfi çıxıb. Kaynarca ilə yanaşı, məşhur sənətçi Emel Müftüoğlunun da test nəticələri mənfi çıxıb.
Qeyd edək ki, İstanbul Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində ifadə vermək üçün prokurorluğa çağırılan Oktay Kaynarca, "Alnım açıq, başım dikdir. İllərdir narkotikə qarşı mübarizə aparıram. Bütün qanuni əməliyyatları dəstəkləyirəm" demişdi.