Norveçdə yerləşən Nobel Sülh Mərkəzi bildirib ki, Nobel mükafatı, Nobel medalından fərqli olaraq, başqa şəxsə verilə bilməz.
Ucnoqta.az xəbər verir ki, bu açıqlama Venesuela müxalifətçisi Mariya Korina Maçadonun cümə axşamı günü ABŞ prezidenti Donald Trampla görüşündə Nobel Sülh Mükafatı medalını ona təqdim etməsi xəbəri fonunda verilib.
"Medal əl dəyişdirə bilər, amma Nobel Sülh Mükafatı laureatı adı dəyişmir".
Həmçinin qeyd olunur ki, Nobel medallarının verilməsi qeyri-adi hal deyil.
Norveç Nobel Komitəsi 9 yanvarda aydınlıq gətirib ki, Nobel mükafatı verildikdən sonra onu ləğv etmək, bölmək və ya başqasına vermək olmaz. Qərar qətidir və bütün dövrlər üçün qüvvədədir.