Qaxda mikroavtobusla minik avtomobili toqquşub, xəsarət alanlar var

22:56 - 15 İyun 2021 - HADİSƏ

Qax rayonunda ağır yol qəzası baş verib.

Hadisə bu gün axşam saatlarında Qorağan-Qax-Zaqatala avtomobil yolunun, Qaxın Ləkit kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Qax istiqamətində hərəkət edən Ləkit kənd sakininin idarə etdiyi 10-KE-722 dövlət qeydiyyat nişanlı "Daewoo" markalı minik avtomobili, Balakən rayonu istiqamətində hərəkət edən 99-VX-849 dövlət qeydiyyat nişanlı "Mercedes Vito" markalı mikroavtobusla toqquşub.

Nəticədə hər iki avtomobildə olan bir-neçə nəfər ağır xəsarətlər alıb. Yaralı Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Fakt araşdırılır.///report

Xəbər xətti