Memfis Depay “Barselona” ilə anlaşıb

18:10 - 15 İyun 2021 - İDMAN

Niderland millisinin hücumçusu Memfis Depayın yeni klubu müəyyənləşib.

Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, ulduz futbolçu AVRO-2020-dən sonra İspaniyaya köçəcək.

27 yaşlı forvard “Barselona” ilə anlaşıb. Oyunçunun nümayəndələri müqavilənin detallarını artıq hazırlayırlar. Kataloniya klubunun qarşıdakı günlərdə bu keçidi açıqlaması gözlənilir. Depayın “Lion”la müqavilə müddəti başa çatdığından, oyunçu ispanlara azad agent kimi qoşulacaq.

Qeyd edək ki, 2017-ci ildən “Lion”un formasını geyinib.

Xəbər xətti