Meydanda özündən gedən futbolçunun keçmiş həkimi danışdı: “Karyerası təhlükədədir”

15:59 - 14 İyun 2021 - İDMAN

Danimarka millisinin yarımmüdafiəçisi Kristian Eriksen bir daha futbol oynamaya bilər.

Bunu İtaliyanın “İnter” klubunun futbolçusunun keçmiş kardioloqu Sancey Şarma deyib.

Şarma Finlandiya ilə matçda huşunu itirən ulduz futbolçunun səhhətində indiyə qədər heç bir problem yaşanmadığını söyləyib:

“Bu hadisədən sonra Eriksenin karyerası təhlükədədir. Yenidən oynayarsa, ciddi problemlə üzləşə bilər. Halbuki indiyə qədər onun səhhəti tam qaydasında olub. 2013-cü ildən testlərini müntəzəm götürürdük, ürəyində problem yox idi. 2019-cu ilə qədər testlərinin nəticəsi mükəmməl çıxırdı. Sonradan hansısa probleminin yaranıb-yaranmadığını bilmirəm”.

Qeyd edək ki, Kristian Eriksen Finlandiya ilə görüşün 42-ci dəqiqəsində yıxılaraq huşunu itirib. Ürək massajı yolu ilə özünə gətirilən idmançı hazırda Kopenhagendə xəstəxanadadır. O artıq özünü yaxşı hiss edir. Lakin onun AVRO-2020 boyunca meydana çıxması gözlənilmir.///oxu.az

 

Xəbər xətti