Varşavada güləş üzrə "Poland Open" turniri davam edir.
İkinci yarış günündə 61, 65, 74, 92 və 125 kq-da çıxış edən sərbəst güləşçilər mübarizə aparıb.
Yarışa 1/4 finaldan start verən Hacımurad Hacıyev iranlı rəqibi üzərində əzmkar qələbə qazanıb. Ancaq yarımfinalda İranın digər təmsilçisinə məğlub olub. Hacıyev Polşa güləşçisini rahat üstələyərək bürünc medala sahib olub.
74 kq
1/4 final: Hacımurad Hacıyev - Yunis İmamişoqayi (İran) 4:2
1/2 final: Hacımurad Hacıyev - Mustafa Hüseynxani (İran) 0:3
Bürünc medal görüşü: Hacımurad Hacıyev - Kamil Ribiçki (Polşa) 9:1