Polşalı model Mahir Emreli ilə bağlı paylaşım etdi - Foto

08:05 - 8 İyun 2021 - İDMAN

Tanınmış polşalı model Mahir Emreli ilə bağlı paylaşım edib.

Ucnoqta.az offsideplus.az-a istinadən xəbər verir ki, Edita Zayats adlı xanım Mahirlə birgə şəklini paylaşaraq bu sözləri yazıb: "Başqa bir anadan olan kiçik qardaşım şəhərdədi. Polşaya xoş gəldin, Mahir. "Legiya"da uğurlar".

Qeyd edək ki, Zayats vaxtilə Mahirlə "Qarabağ"da komanda yoldaşı olmuş Yakub Jezniçakın keçmiş həyat yoldaşıdır. Mahir yaxın günlərdə Jezniçakın uzun illər formasını geyindiyi "Legiya" ilə müqavilə bağlayacaq.


Xəbər xətti