Whatsapp-da yeni funksiyalar məlum olub

Yaxın gələcəkdə Whatsapp-ın bir neçə cihazda çalışması imkanı reallaşdırılacaq. Bu üsul ilə bir istifadəçi hesabına dörd müxtəlif cihazı qoşmaq mümkün olacaq. Bununla yanaşı tərtibatçılar avtomatik silinən mesajların funksionallıqlarını da genişləndirəcəklər.

Mark Zuckerberg öz müsahibəsində bildirib ki, messencerin bir neçə cihazda çalışması imkanı yaxın zamanda istifadəçilərə təqdim olunacaq. Bundan əlavə olaraq məlumatda qeyd edilib ki, iPad planşetləri üçün Whatsapp-ın xüsusi versiyası üzərində də işlər gedir.

Messencerin tərtibatçılar komandası avtomatik silinən mesajlar funksiyasını genişləndirmək niyyətindədir. Belə ki, onlar avtomatik olaraq silinən foto və videoları da reallaşdırmağı hədəfləyiblər. Bununla belə bu funksiya Instagram-da reallaşdırılmış avtomatik silinmə funksiyasına bənzəyərəcək. Yəni avtomatik silinmədən öncə fotonu əldə edəcək şəxs ona bir dəfə baxa biləcək. Bu yeni funksiyalar yaxın 1-2 ay ərzində Whatsapp-ın ictimai beta versiyasında istifadəyə verilməlidirlər.///milli.az

Tarix
7 İyun 2021 [20:31]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-06-07 20:31:54
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 xeyr
 yalnız qapalı yerlərdə
 polisi görəndə
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin