Cari mövsümün sonunda "Səbail"lə yollarını ayıran sierra-leoneli futbolçu Ali Sesayın yeni klubu məlum olub.
28 yaşlı müdafiəçi karyerasını İndoneziyada davam etdirəcək. Təcrübəli oyunçu "Persebaya" komandası ilə anlaşıb.
Məlumatı Superliqa təmsilçisinin mətbuat katibi Ram Surahman da təsdiqləyib. O, futbolçu ilə yaxın vaxtlarda rəsmi müqavilə imzalanacağını bildirib.
Qeyd edək ki, İngiltərənin "Lester" komandasının yetirməsi olan Ali Sesay Azərbaycanda "Səbail"lə yanaşı, "Zirə"də də çıxış edib.///report