Azərbaycan idmançısı ermənini məğlub edərək dünya çempionu oldu

22:10 - 6 İyun 2021 - İDMAN

Ukraynanın Odessa şəhərində keçirilən Qarışıq İdman Növləri üzrə Dünya Çempionatının qalibi azərbaycanlı idmançı olub.

“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, çempionatda Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun yetirməsi Nicat Yusifov finalda erməni əsilli rəqibi Qriqoryan Artura qalib gələrək, 70 kiloqram çəki dərəcəsində dünya çempionu olub.

Çempionat iyunun 3-dən 6-a kimi davam edib, yarışda dünyanın 16 ölkəsindən 800 idmançı iştirak edib.

Xəbər xətti