Daha bir idmançımız Tokio-2020-yə lisenziya qazandı

19:00 - 5 İyun 2021 - İDMAN

Boks üzrə Azərbaycan milli komandası Tokio-2020 Yay Olimpiya Oyunlarına ikinci lisenziyanı qazanıb. Yığmamızın heyətində Tayfur Əliyevin (57 kq) ardınca Cavid Çəbiyev bu hüquqa yiyələnib.

Azərbaycan Boks Federasiyasından Ucnoqta.az-a verilən məlumata görə, dünya çempionumuz Fransanın paytaxtı Parisdə keçirilən Avropa Olimpiya Təsnifat Turnirində 1/4 finala yüksəlməklə Tokio-2020-də iştirak hüququna sahib olub. 63 kq çəki dərəcəsində mübarizə aparan 29 yaşlı boksçu 1/8 finalda Corc Batesdən (İrlandiya) üstün olub.

Çəbiyev 2016-cı ildə Rio-de-Janeyroda keçirilən Olimpiadada da iştirak edib.
Qeyd edək ki, Tokio Olimpiadası bu il iyulun 23-dən avqustun 8-dək keçiriləcək.

Xəbər xətti