İlin ən yaxşı bombardiri bəlli olub.
Apasport.az saytının məlumatına görə, 2021-ci ilin arxada qalan 5 ayında ən çox qol vuranlar yer alıb.
Beynəlxalq Futbol Tarixi Statistikaları Federasiyasının (İFFHS) cədvəllinə Robert Levandovski başçılıq edir. “Bavariya”nın polşalı hücumçusu il ərzində 31 qol vurub.
PSJ-nin fransalı ulduzu Killian Mbappe 28 qolla ikincidir. “Barselona”nın argentinalı forvardı Lionel Messi də eyni sayda qol vursa da, 3-cü sırada qərarlaşıb.
Siyahıya 15 və daha çox qola imza atan 60 futbolçu daxil edilib. Türkiyə “Beşiktaş”ının legioneri Kayl Larin 19 qolla 18-ci sırada yer alıb.
Qardaş ölkənin çempionatında çıxış edən daha iki oyunçu cədvələ daxil olub. “Hatayspor”un hücumçusu Aaron Bupendza 16 qolla 43-cüdür. Onun 54-cü olan komanda yoldaşı Mame Diuf bir top az qol vurub.