İtaliyanın "Yuventus" komandasının yeni baş məşqçisi müəyyənləşib.
Turin təmsilçisi Massimiliano Alleqriyə tapşırılıb. 2 ildən sonra sabiq komandasına qayıdan italiyalı mütəxəssis bu vəzifədə Andrea Pirlonu əvəzləyib.
Müqavilə müddəti açıqlanmasa da, yerli mətbuat Alleqrinin "qoca sinyora" ilə 2025-ci ilin yayınadək sözləşmə imzaladığını yazıb.
Qeyd edək ki, Massimiliano Alleqri daha əvvəl 2014 -2019-cu illərdə "Yuventus"a başçılıq edib. Mütəxəssis bu komanda ilə 5 dəfə İtaliya A Seriyasının, 4 dəfə ölkə kubokunun, 2 dəfə isə Superkubokun qalibi olub.///report