Azərbaycan Kubokunun qalibi məlum olub

21:43 - 24 May 2021 - İDMAN

Azərbaycan Kubokunun final matçı sona çatıb. 

Ucnoqta.az xəbər verir ki. həlledici qarşılaşmada “Sumqayıt”ı 2:1 hesabı ilə məğlub edən “Keşlə” tarixində 2-ci dəfə titula sahib çıxıb. Maraqlıdır ki, oyundakı bütün qolları “Keşlə”nin futbolçuları vurub.

Əvvəlcə 3-cü dəqiqədə Miyusko Boyoviç avtoqolla rəqibi sevindirib. Bundan 34 dəqiqə sonra Şəhriyar Əliyev “Keşlə”nin bərabərlik qoluna imza atıb.

İkinci hissədə Boyoviç bu dəfə qapıları səhv salmayıb və “günahını yuyaraq” komandasına qələbə qazandıran qola imza atıb.
Oyunda başqa qol olmayıb və Azərbaycan Kubokunu qazanan “Keşlə” “Neftçi”, “Qarabağ” və “Sumqayıt”dan sonra avrokuboklarda iştirak edəcək dördüncü təmsilçimiz olub.

Xəbər xətti