Samuxda piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.
Hadisə rayonun Kolayır kəndində qeydə alınıb. Hərəkətdə olan minik maşını 2009-cu il təvəllüdlü Nicat Qurbanovu vurub.
Azyaşlı xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.///Apa