Ucnoqta.az
www.ucnoqta.az

Samuxda azyaşlını maşın vurub

00:02 - 23 May 2021 tarixində dərc olunub.

Samuxda piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.

Hadisə rayonun Kolayır kəndində qeydə alınıb. Hərəkətdə olan minik maşını 2009-cu il təvəllüdlü Nicat Qurbanovu vurub.

Azyaşlı xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.///Apa

Müəllif: