Yasamaldakı 26 yaşlı gəncin intiharı ilə bağlı rəsmi açıqlama

15:03 - 14 May 2021 - Xəbər

Paytaxtın Yasamal rayonu ərazisində gəncin intihar etməsi faktı ilə bağlı araşdırma aparılır.

Bu barədə Ucnoqta.az-ın sorğusuna əsasən, Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, 1995-ci il təvəllüdlü Əhədzadə Mirvəfayıl Məhərrəm oğlunun yaşadığı binanın 17-ci mərtəbəsindən özünü yerə ataraq intihar etməsi ilə bağlı Yasamal rayon prokurorluğuna daxil olan məlumat əsasında hadisə yerinə və meyitə baxış keçirilib.

Araşdırma üzrə məhkəmə tibb ekspertizası təyin edilib, o cümlədən, digər zəruri prosesual tədbirlər həyata keçirilib.

Hazırda Yasamal rayon prokurorluğunda araşdırma aparılır.
Ucnoqta.az-ın əldə etdiyi məlumata görə, "MİR" avtosalonunun sahibi olan Əhədzadə Məhərrəmin iki oğlu olub. Əhədzadə Mirvəfayıl evin kiçik övladı idi.


Xəbər xətti