"Bavariya" ardıcıl 9-cu dəfə Almaniya çempionu oldu

20:53 - 8 May 2021 - İDMAN

Futbol üzrə Almaniya Bundesliqasında 2020/2021 mövsümünün qalibi müəyyənləşib.

"Report"un məlumatına görə, "Bavariya" ardıcıl 9, ümumilikdə isə 31-ci dəfə ölkə çempionluğunu qazanıb.
2-ci pillədə qərarlaşan "Leyptsiq"in XXXII turda Dortmundda "Borussiya"ya 2:3 hesabı ilə uduzması Münhen təmsilçisinin qızıl medalları vaxtından əvvəl təmin etməsinə imkan verib.

Bir oyun az keçirən "Bavariya" sona 2 tur qalmış ən yaxın izləyicisini 7 xal qabaqlayır. Hans-Diter Flikin baş məşqçi olduğu komanda bu turda Mönhenqladbax "Borussiya"sını qəbul edəcək. Qarşılaşma bu gün keçiriləcək.

Xəbər xətti